Dadından doymayacağınız Pendirli "bomba"lar -RESEPTİ

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 957
Səs ver:
(səs: 0)
Tərkibi:
mayasız qat-qat xəmir
120 q çedder pendiri (başqa bərk pendir də olar)
3 x.q. yumşaldılmış kərə yağı
1 diş sarımsaq
1/3 fincan parmezan pendiri
2 ç.q. qurudulmuş cəfəri

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.Xəmiri yayıb stəkanın köməyilə dairələr kəsin.Hər dairənin ortasına pendir dilimi qoyun. Xəmiri ətrafına dolayıb hərtərəfli bükün, bitişdirin. Əlinizlə kürə forması verin.Kərə yağını xırdalanmış sarımsaqla qarışdırıb mikrodalğalı sobada, yaxud su hamamında əridin.Ayrı qabda parmezanla cəfəri qurusunu qarışdırın.Hər bir kürəni yağlı qarışığa, sonra isə cəfəri ilə pendir qarışığına batırın.Perqament döşənmiş siniyə düzün. 10-12 dəqiqə, xəmir şişib qızaranadək bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 957
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri