Fransız üsulu ət - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 2 328
Səs ver:
(səs: 0)
Ərzaqlar:
Mal əti – 600 qr
Göbələk – 200 qr
Kartof – 2 ədəd
Soğan – 1 ədəd
Pomidor – 2 ədəd
Pendir – 300 qr
Göyərti
Mayonez – 150 qr
ədviyyat – zövqə görə

Hazırlanması:
əti doğranmış soğan və ət üçün ədviyyatlarla 1-2 saat basdırma edirik. Göbələyi doğrayıb soğanla qovururuq və sonda duz istiot vururuq. Kartofu nazik dilimlərlə doğrayırıq.
əti 2-3 dəqiqə soğanla yüngülcə qovururuq və yağlanmış soba nimçəsinə yığırıq. Nimçəyə əvvəlcə əti düzdükdən sonra soğanda qovurduğumuz göbələyi düzüb mayonez çəkirik. Üzərindən halqa halqa doğranmış pomidorları düzüb göyərti səpirik. Sonra kartofları düzüb duzlayıb istiot vururuq və mayonez çəkirik. Əvvəlcədən qızdırılmış sobada 1 saat bişiririk. Sobadan çıxartmağa bir iki dəqiqə qalmış sürtgəcdən keçirilmiş pendiri və üzərindən göyərti səpirik.

Fransız üsulu ət - foto resept









NUŞ OLSUN!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri