Toyuqlu tikə kotlet resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 343
Səs ver:
(səs: 0)
Tərkibi:
Toyuğun döş əti 200 qr
1 yumurta
1-2 y.q. smetan
1 y.q. qardalı nişastası
1 y.q. çörək qırıntısı( suxari)
Keşniş yada cəfəri
Duz , istiot
Qızartmaq üçün yağ

Hazırlanması:
1. Döş ətini çox xırda tikələrə bölmək. Bir qaba yığmaq və bura 1-2 y.q. smetan əlavə edin, yaxşı qarışdırın.
2. Göyərtini çox xırda doğramaq, toyuğa əlavə etmək.
3. Qardalı nişastası, duz və istiotu vurun, yumurta qırın, yaxşı qarışdırın.
Əgər məhlul çox duru alınsa, bura 1-2 y.q. çörək qırıntısı əlavə edin ki yığılsın. Ancaq çox qatılaşdırmayın.
4. Tavada yağı isidin və bura məhluldan yemək qaşığı ilə götürüb yağın içinə yumru ləpik şəklində buraxın. Hər iki tərəfini orta od üstündə qızardın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri