Boyad çörəkdən hazırlaya biləcəyiniz SƏHƏR YEMƏKLƏRİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 7 426
Səs ver:
(səs: 0)
Evə alınan çörəklər, bəzən yeyilməzlər və zibilə atılırlar. Əgər artıq gələn çörəkləri atmaq istəmirsiniz sizə verəcəyimiz tövsiyələrlə onları təkrar yemək halına gətirə bilərsiz.

Ən əsas qida maddələrindən olan çörək, cəmiyyət tərəfindən müqəddəs qəbul edilir. Bu səbəblə çox gələn çörəkləri atmaq əvəzinə onları qiymətləndirmək lazımdır.

Qadinla.com bu məqalədə sizlərə bayat çörəkləri istifadə etməyin yollarını açıqlayır:

1- QALETA UNU

Boyad çörəklərinizi dilimləyib sobada qurudun, sonra mətbəx robotundan keçirin. Beləliklə, qalet unu hazırlamış olacaqsınız. Hazırladığınız qalet ununu kotlet və börəklərdə istifadə etmək kimi büküb dondurucu da saxlaya bilərsiz.

2-ci KRUTON

Boyad çörəklərinizi əvvəl küp küp doğrayın. Sonra üzərinə zeytun yağı və ədviyyat əlavə edərək sobada bişirin. Şorbaların yanında nuşcanlıqla yeyin.

3-cü Səhər Yeməyi PENDİRLİ ÇÖRƏK

Yumurta, pendir və doğranmış biberi qarışdırıb dilim-dilim kəsilmiş çörəklər üzərinə sürün sonra sobaya verin. Pendirlər əriyib qızaranda xidmət edin.

4-cü HİLLİ ÇÖRƏK QIZARTMASI

Boyad cörəklərinizi dəyərləndirmək üçün səhər yeməklərində ləzzətli yumurta çörəklər edə bilərsiz. Bunun üçün; 3 yumurta, 1/4 su stəkanı süd, duz və ədviyyatları dərin bir qabın içində qarışdırın. Dilim-dilim kəsilmiş çörəkləri bu qarışığa batırın yağda qızardın.

5- TİRİT

Bayat çörək parçalarını bir qaba yerləşdirin. Doğranmış soğanı duz ilə yaxşıca əzib məcməyidəki çörəklər parçaların üzərinə qoyun. Daha sonra üzərində pörtülmüş ət suyunu tökün. Daha sonra 180 dərəcədə qızdırılmış sobada bişirin.

6-ci BOYAD ÇÖRƏK KÜFTƏSİ

Bayat çörəyi istifadə etməyin ən asan yollarından biri isə bayat çörək küftəsi etməkdir. Bayat çörəyi isladın; Əlinizlə sıxın və suyunu süzdükdən sonra bir qaba alın. 100 q. Qiymə, rəndələnmiş 1 baş soğan , zirə, kotlet ədviyyatı, duz ilə yoğurub küftə şəklində hissələrə ayrın. Küftələri qızdırılmış yağda qızardın. Sonra servis edin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 7 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri