Ləzzətli qovurmalı pide resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 964
Səs ver:
(səs: 0)
Həm axşam yeməyində həm də çay saatlarında sevə-sevə yeyəcəyiniz Qara Dəniz üsulu qovurmalı pide tərifini sınamaq istəyirsinizmi? Qadinla.com sizlərə asan və ləzzətli qovurmaq lavaş reseptini təqdim edir.

Sizə verəcəyimiz bu təriflə bayırda yediyiniz qovurmalı pideni evinizdə də asanlıqla edə biləcəksiz.

Tərkibi:
3 su stəkanı un
4 yemək qaşığı zeytun yağı
1 şirin qaşığı quru maya
1/2 su stəkanı ilıq süd
1 su stəkanı ilıq su
1,5 çay qaşığı duz
1 çay qaşığı şəkər

İçlik üçün:
1 ədəd pomidor
300 qram qovurma
1 şirin qaşığı pomidor tomatı
1 çay qaşığı istiot
1 çay qaşığı pul bibər

Kənarlarına sürmək üçün:
3 xörək qaşığı əridilmiş kərə yağı

Hazırlanması:

İlıq süd, şəkər tozu və maya bir qabın içində qarışdırın.

Bu qarışığın içinə digər materialları əlavə edərək xəmir tamamilə həll olana qədər yoğurun.

Yaranan xəmiri ilıq bir mühitdə mayalanması üçün təxminən bir saat istirahət etdirin.

Tavanı ocağa alın və bütün iç materiallarını tavanın içində qovurun. Ətin tam bişdiyindən əmin olduqdan sonra qovurma işini bitirin.

Mayalanan xəmiri kənarları daha geniş olacaq şəkildə uzun bir şəkildə açın.

İçliyi xəmirin tam ortasına qoyaraq ortası açıq qalacaq şəkildə qıraqlarını bağlayın.

Kənarlarına əridilmiş kərə yağı sürtün.

180 dərəcədə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri