Düyülü toyuq ruleti resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 031
Səs ver:
(səs: 0)
Tərkibi:
1 su stəkanı düyü
4 parça toyuq döş əti
2 su stəkanı su
Yarım soğan
40 q kaju fıstığı
2 yemək qaşığı incə doğranmış təzə reyhan
Yarım çay qaşığı sarıkök
Yarım çay qaşığı təzə rəndələnmiş muskat qozu
Təzə çəkilmiş istiot
Duz
1 yemək qaşığı zeytun yağı
Yarım şirin qaşığı kərə yağı


Hazırlanması:
Toyuq ətlərini bıçaqla açdıqdan sonra ət vuracağı ilə döyün. Duz, istiot səpin. Düyüləri bol suyla yuyub süzün. 1 yemək qaşığı zeytun yağı ilə yarım xörək qaşığı kərə yağını əridin. Doğranmış soğan ilə kaju fıstığını 2-3 dəqiqə qovurun. Düyü əlavə edib qarışdırmağa davam edin. Reyhan istisna olmaqla bütün ədviyyatları, duz və su əlavə edin. Qapağı örtülü olaraq plov suyunu çəkənə qədər bişirin. Plov tamamilə suyunu çəkəndə, odu bağlayıb reyhanları əlavə edin və soyumağa buraxın. Döyülüb incəldilmiş toyuq ətlərinin içlərinə plov doldurub alüminium folqa ilə sıx bükün və uclarını bağlayın. Soba qabına düzüb yarısına gələcək qədər isti su əlavə edin və 200 dərəcə sobada 30 dəqiqə bişirin. Sobadan çıxardığınız toyuqları folqadan çıxarın və az kərə yağı əlavə etdiyiniz yapışmaz tavada bir neçə dəqiqə qızardın. Dilim isti xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri