Kağız içində hazırlanan küftə resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 285
Səs ver:
(səs: 0)
Tərkibi:
Küftə üçün:

400 q qiymə
1 soğan
2 dilim bayat çörək
1 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı zirə

Qarnir üçün:
3 yerkökü
1/2 kq kartof
200 q göbələk
12 lap kiçik soğan
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 çay qaşığı pulbiber
3 yemək qaşığı zeytun yağı
2 diş sarımsaq
1 budaq təzə biberiye
1 budaq təzə kəklikotu

Hazırlanması:
Soğanı blenderdən keçirərək suyunu sıxın. Eyni prosesi boyad çörək üçün də tətbiq edin.
Soğanı, xırdalanmış çörəkləri, qiyməni və ədviyyatları bir qaba alıb yoğurun. Girdə küftələr hazırlayın və soyuducuda 20 dəqiqə qədər dincəlməyə qoyun.

Köklərin və kartofların qabığını soyun. Kökləri iki barmaq qalınlığında doğrayın və kartoflarla birlikdə buxarda 10 dəqiqə bişirin. Pörtmüş tərəvəzləri dərin bir qaba alın. Qabığını soyduğunuz soğanları və göbələkləri ikiyə kəsib əlavə edin. Üstünə rəndələnmiş sarımsaq, duz və ədviyyatları töküb qarışdırın.
Düzbucaqlı şəklində kəsdiyiniz bişirmə kağızlarının içinə küftə və tərəvəz qarışığından bərabər şəkildə bölüşdürün.
Hər kağızın içərisinə yarım xörək qaşığı yağ əlavə edib, kağızın kənarlarını içinə əyərək qatlayın. Bu şəkildə 6 pay hazırlayın.küftə və tərəvəz qarnirlərini 40 dəqiqə sobada bişirin. Sobadan çıxardaraq gözəl şəkildə xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 285
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri