Şirin turş souslu toyuq resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 943
Səs ver:
(səs: 1)
Toyuğu davamlı olaraq eyni şəkillərdə yeməkdən darıxdınızmı? Əgər cavabınız hədirsə sizlər üçün araşdırdığımız bu fərqli tərifi təcrübədən keçirə bilərsiz.

Qadinla.com ləzətli toyuq yeməyinin reseptini sizinlə paylaşır:

Tərkibi:
Bir kilo toyuq əti
Bir ədəd yumurta
Yarım su stəkanı un
Yarım stəkan qarğıdalı nişastası
Bir paket qabartma tozu
Yarım su stəkanı su

Şirin turş sous üçün:

2 yemək qaşığı qarğıdalı nişastası
1 su stəkanı su
2 xörək qaşığı ketçup
3 yemək qaşığı üzüm sirkəsi
3 yemək qaşığı əsmər şəkər
1 yemək qaşığı soya sosu
1 şirin qaşığı bal

Hazırlanması:

İlk əvvəl şirin turş souslu toyuğu hazırlayın. Bunun üçün, qarğıdalı nişastasını su ilə qarışdırın. Qarışığı bir sous qazanina alın. Qarışığın içinə, ketçup, üzüm sirkəsi, əsmər şəkər, soya sosu və balı əlavə edin. Bu qarışığın ocağın üzərinə götürərək bişirin.

Başqa bir qabın içində bir ədəd yumurta, unu, nişastanı, qabartma tozunu, suyu əlavə edərək çalın.

Toyuq ətlərini hazırladığınız unlu qarışığın içinə batırın və qızdırıcı yağın içində qızardın.

Boşqaba aldığınız qızaran toyuqların üzərinə hazırladığınız şirin turş sosu əlavə edərək sousla birlikdə qarışdırın.

Sousu tamamilə canına çəkən toyuqları xidmət edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri