Köklü gül kələmi plovu resepti

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 129
Səs ver:
(səs: 0)
Tərkibi:
1 orta boy gül kələmi
3 y/q kərə yağı
1/2 ç/q sarımsaq tozu
1/2 ç/q dəniz duzu
1/2 ç/q istiot
1 böyük boy kök (doğranmış)
1 orta boy soğan (doğranmış)
3 ədəd yumurta
1/4 su st Hindistan qozu unu

Hazırlanması:
Gül kələmini doğrayıb blenderə atın. Düyü formasına düşənə qədər blenderdən keçirin.

Böyük tavanın içinə 2 y/q kərə yağı və püre halında olan gül kələmini əlavə edin. Sarımsaqları, duz və istiotu da əlavə edib 5 dəqiqə bişirin.

Daha sonra kök və soğanları da qarışıma əlavə edin və tərəvəzlər yumşalana qədər pörtün.

Sonra qalan kərə yağını və yumurtaları əlavə edin, yumurtaları qarışdırmaq üçün taxta qaşıqdan istifadə edin.

Sonra Hindistan qozu unu da qarışdırın. Evdə reyhan varsa, gözəl ətir və dad üçün əlavə edin

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri