Qat-qat xəmirli ət yeməyi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 148
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kq dana quşbaşı et,
600-700 qram göbələk,
350-400 qram soğan,
3.4 dənə uzun bibər,
3-4 diş sarımsaq,
3-4 budaq kəklikotu,
2 yarpaq dəfnə yarpağı,
2 xörək qaşığı tomat sous,
2 yemək qaşığı kərə yağı
Zeytunyağı

Hazırlanması:
Qazanı yaxşıca qızdıraq. Ətləri və sarımsaqları əlavə edək və üstünə zeytun yağı töküb qovuraq. Qovurduqdan sonra üzərinə 2 su stəkanı qaynar su əlavə edib, altını azaldıb bişirək.

Ayrı bir tavada soğanları kərə yağ ilə qovuraq və bir qaba alaq.

Göbələkləri keçirəcəyimiz tava yaxşıca qızdıraq və göbələkləri əlavə edək Üstünə bir qaşıq kərə yağı əlavə edək. Çox qarışdırmayaq ki suyunu salmasın. Göbələkləri qovurduqdan sonra bibərlərlə birlikdə bişirək. Bütün materialları bir qazanda birləşdirək. Üzərinə tomat sous və çox az su gəzdirək. İçliyi soyudaq. Soba kasalarına içliyi bölüşdürüb, qat-qat xəmiri ilə bağlayıb 200 dərəcə sobada üstü qızarana qədər bişirək.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri