Qızardılmış balıq kotleti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 997
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kq levrek balığı
2 ədəd yumurta
1/4 tel cəfəri
1/2 çörək içi (Xırdalanmış)
1 ədəd soğan
1 çay qaşığı yeni bahar
1 çay qaşığı istiot
1 çay qaşığı duz

Qızartmaq üçün
2 yemək qaşığı kərə yağı və ya zeytun yağı

Qarnitur üçün:
Turp (Dilim-dilim Kəsilmiş)
Roka yarpaqları
1 soğan (doğranmış)
Yarım limon suyu

Hazırlanması:
Balıqları təmizlədikdən sonra qaynar suya atıb 15 dəqiqə qaynadın. Pörtən balıqların ətlərini ayırıb bir qaba alın.
Rəndələnmiş soğanı, incə doğranmış cəfəri, çörək içini, yumurtaları, duzu, yeni baharı və istiotu pörtmüş balıq ət əlavə edib yaxşıca yoğurun.
Kotlet xərcindən qoz böyüklüyündə alaraq girdə küftələr hazırlayın və istər kərə yağında, istəsəniz də zeytun yağında qızardın.
Roka yarpaqlarını, turp kəsiklərini, incə qıyılmış soğanı və limon suyunu bir qabda qarışdırıb boşqaba alın. Üzərilərinə qızartdığınız balıq kotlet yerləşdirib xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri