Xırt-xırt mantı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 6 335
Səs ver:
(səs: 0)
Tərkibi:
Xəmir Üçün:

3 su stəkanı un
1 ədəd yumurta
1 su stəkanı su
1 çay qaşığı duz

İçliyi Üçün:
500 qram dana qiyməsi
1 ədəd soğan
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Sousu Üçün:
1 şorba kasası süzmə qatıq
2 diş sarımsaq
3 yemək qaşığı kərə yağı
1 şirin qaşığı bibər tomatı
1 çay qaşığı pul bibər
1 çay qaşığı nanə
1 çay qaşığı sumaq

Püf Nöqtəsi:
Kiçik boxcalar etmək tavada qızartma müddətini qısaldacaq.

Hazırlanması:
Xəmirinin İçi: Unu geniş bir qaba ələyin. Duz, su və yumurta əlavə edib xəmir olana qədər yoğurmağa davam edin. Kündə halında dəzgah üzərində dincəlməyə qoyun və üzərinə nəm təmiz bir dəsmal örtün.

İçliyin hazırlanması: Soğanları küp küp doğrayın və qiymə ilə birlikdə yoğurun, ədviyyatları əlavə edin. İçliyi, xəmir kündələri gələrkən, şkafda saxlayın.
Dinlənən xəmir və xərci şkafdan çıxarın. Dəzgahı unlayıb oxlov köməyi ilə dəyirmi bir yuxalar açın. Yuxanızı arzuladığınız böyüklükdə açanda, bıçaq yardımı ilə üfüqi və şaquli zolaqlarla kvadratlardan ibarət olacaq şəkildə kəsin.
Yaranan kiçik kvadratların ortasına qiymə içliyinizi əlavə edərək qarşılıqlı kənarları birləşəcək şəkildə boxca şəklini verin. Bütün xəmir və xərcinizi bu şəkildə formalaşdırın. Geniş bir tava zeytun yağı və kərə yağı ilə yağlayın. Yağladığınız tavaya mantını düzün. Qızartmağa başlayın, daha sonra geniş bir düz qaşıq yardımı ilə çevirərək digər üzünü də bişirin. Mantı qızararkən, sarımsaqlı qatıq hazırlayın.
Kərə yağını bir tavada əridin, sumaq, nanə və pulbiberi əlavə edin. Bibər tomatını əlavə edin və sousunuz hazırdır. Tavada qızaran mantıları qatıq və kərə yağı ilə ləzzətleəndirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri