Sobada somon balığı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 083
Səs ver:
(səs: 0)
Tərkibi:
400-500 g somon (alabalıq) (Dayaq şəklində ikiyə ayrılmış)
15-18 ədəd cherry pomidor
2 ədəd təzə kartof
2 ədəd qırmızı soğan
3-4 yarpaq dəfnə
2 budaq təzə sarımsaq
1 yemək qaşığı kəklikotu toxumu
Təzə çəkilmiş dəniz duzu
Təzə çəkilmiş istiot
1 çay stəkanı zeytun yağı

Hazırlanması:
Kiçik bir soba sinisinə yağlı kağız sərin. Kağızın ortasında dəfnə yarpaqlarını yerləşdirin, üstünə daha sonra alabalıq parçaları gələcək şəkildə boşluq buraxın. Dörd və altıya bölünmüş qırmızı soğanları, dördə parçalanmış təzə kartofları, bütün olaraq gilas pomidorları alabalığın kənarlarına gələcək şəkildə yerləşdirin. Təzə sarımsaqları da alabalıq parçalarının kənarlarına gələcək şəkildə yerləşdirin.
Bütün materialının üzərinə zeytun yağının yarısını tökün, kəklikotu toxumunun da yarısını səpin. Ən son təzə çəkilmiş duz və istiot səpin. 200 dərəcəyə əyarlı sobada 15 dəqiqə bişirin. Məcməyini sobadan çıxarın, alabalıq parçalarını arasındakı boşluğa yerləşdirin. Alabalıq parçalarının da üstünə təzə çəkilmiş duz, istiot və kəklikotu toxumu səpin, zeytun yağı tökün. Məcməyi yenidən isti sobaya verin. 15 dəqiqə daha bişirin. Göbələk qovurma ilə birlikdə isti xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 083
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri