Qat qat xəmirdə toyuq budları resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 10
Baxılıb: 2 203
Səs ver:
(səs: 0)
Tərkibi:
6 ədəd qat qat xəmir
6 ədəd toyuq budu (pörtlənmiş)
1çay qaşığı duz
1 çay qaşığı toz qırmızı istiot
1 şirin qaşığı kəklikotu
1 şirin qaşığı pulcuq istiot
2 ədəd yumurta sarısı
1 yemək qaşığı küncüt və çörək otu qarışığı

Gravy Sous İçin:
3 yemək qaşığı kərə yağı
4 yemək qaşığı un
2 su stəkanı toyuq suyu
1 ədəd soğan
2 çay qaşığı istiot
1 çay qaşığı duz (azaldıb artırmaq olar)

Hazırlanması:
Gravy sous üçün bir tavada kərə yağ və doğranmış soğanları qovurun.

Yüngül qovrulan soğanların üzərinə unu əlavə edin və un qaralana qədər qovurmaya davam edin.

Üzərinə yavaş-yavaş toyuq suyunu əlavə edin və ədviyyat əlavə edin və davamlı qarışdırın.

Tünd konsistensiya halına gələn sosu mikser və ya süzgəc köməyi ilə hamar hala gətirin və servis edin.

Pörtmüş toyuqları duz, toz qırmızı istiot, pul bibər və kəklikotu ilə qarışdırın.

Qat qat xəmiri iki barmaq qalınlığında olacaq şəkildə uzununa kəsin.

Qat qat xəmirin zolaqlarını, əvvəldən aşağıdan başlayaraq yuxarıya doğru sarın.

Bütün xəmirləri toyuqlara bürüdükdən sonra soba boşqabına yerləşdirin.

Yumurta sarısını fırça köməyi ilə xəmir üzərinə sürün və küncüt çörək otu qarışığını üzərinə səpin.

Əvvəldən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.

Gravy sos ilə xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri