Keks qəlibində su börəyi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 975
Səs ver:
(səs: 0)
Tərkibi:
4 ədəd yuxa
400 qram ağ pendir
Yarım dəstə cəfəri
1,5 su stəkanı süd
Yarım su stəkanı soda
2 ədəd yumurta
Yarım su stəkanı maye yağ
1 yemək qaşığı küncüt və çörək otu qarışığı
1 yemək qaşığı kərə

Hazırlanması:
Bir kasada süd, soda, yumurta və duru yağı qarışdırın. Ayrı bir qabda iç xərci üçün pendiri xırda xırda hala gətirin.

Keks qəlibini yağlayın. Ən alt hissəyə küncüt və ya çörək otunu səpin.

1 ədəd tam yuxa qəlibin içərisinə diqqətlə və yuxanın bir qismi kənarda qalacaq şəkildə yerləşdirin.

Daha sonra bir yuxa daha alıb sodalı qarışığa batırın. Keks qəlibinə yerləşdirərək pendiri paylayın.

Qalan yuxa 1 ədədi yenə dörd hissəyə ayırıb, sousa batırıb qəlibə yerləşdirin.

Qalan pendirin hamısını qoyaraq, son qalan yuxa səliqə ilə sousa batırıb yerləşdirin.

Qəlibin kənarında yuxa parçalarını diqqətlə içə doğru qatlayaraq böreyi bağlayın.

180 dərəcə 40 dəqiqə bişirdikdən sonra servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri