İspanaqlı börək resepti

Müəllif: Gülşən
Şərhlər: 16
Baxılıb: 3 664
Səs ver:
(səs: 0)
Tərkibi:
4st un
1st süd
1st su
1ç/q maya
Duz

İçlik üçün:
6-7 dəstə ispanaq
1dəstə keşniş
Duz

Hazırlanması:
Bunları qatıb xəmiri yoğurub acımağa qoyuruq.Yaxşı acıdıqdan sonra 10-11 kündəyə bölürük.Kündəsini bir az tutduqdan sonra un səpib naziq yayırıq.Kənarda duru yağla südü qatıb qarışdırırıq və hər dəfə kündələri yaydıqdan sonra kistlə bu yağlı südlü mayedən hər tərəfinə çəkib içliyimizi uzanamasına qoyub rulo kimi bükürük və əlimizlə xəmiri burub yağlanmış listə düzürük.Hamısını bu cür edirik.Sonda üzərinə həmin bu yağlı südlü mayedən çəkib çörəkotu səpib 200 dərəcədə bişiririk.Göyləri təmiz yuyub,suyun qurudub xırda-xırda doğrayırıq.Duzu əvvəldən qatmırıq ki,sulanmasın.Kündəkərin arasına qoyanda duzun qatırıq.Suyunu buraxarsa mütləq suyun sıxın.İstəyən soğan da qovurub qata bilər içliyə.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 16
Baxılıb: 3 664
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri