Qiymətli mini pizza bulkalar resepti

Müəllif: Gülşən
Şərhlər: 10
Baxılıb: 2 466
Səs ver:
(səs: 0)
Tərkibi:
Xəmiri üçün:

1st yarım süd
1st yarım su
2 yumurtanın ağı(sarısı üzəri üçün)
1armudu stəkandan 2 barmağ aşağı duru yağ
1paçka instant maya(olmasa,1xör.qaş dolu adi quru maya və ya 50 qr yaş maya)
2xör.qaş şəkər tozu(pesoq)
1xör.qaş duz

ÜZƏRİ ZÖVQƏ GÖRƏDİ:

Sosiska,kolbasa,kim nə istəsə istifadə edə bilər.
Mən qiymə ətdən istifadə etdim.
Əti təxmini götürdüm soğanla birgə ət maşınından keçirib,bura azca ilığ su,2 xör.qaş duru yağ,1xör.qaş tomat,duz,istiot qatıb yaxşıca qarışdırdım.Bundan əlavə holland pendiri,pomidor və bolqar bibərindən istifadə etdim.

Hazrlanması:
Yumşaq ələ yapışmayan xəmir yoğurub qoyuruq, acısın.Xəmirimiz yaxşı acıdıqdan sonra,portağal boyda kündələr tuturuq,üzərin örtürük,bir az kündəyə gəlsin.Sonra listləri yağlayıb,kündələri bir -bir listə düzüb,ortalarını barmağımızla çuxur kimi açıb,1xör qaş qiymədən yayırıq,üzərinə pomidor,bibər qoyub,üzərinnən də holland pendiri səpib ,kənarlarına da kistlə yumurta sarısı çəkib,220-230 dər 15-20 bişiririk.Sobadan çıxan kimi üzərinə çay dəsmalı səririk,bir az qalsın.Belə olanda daha da yumşalır.Bu resseptdən məndə 18 ədəd mini pizza bulka çıxdı.Çox dadlı olur.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri