Nəfis rüzgar gülü börəyi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 272
Səs ver:
(səs: 0)
Tərkibi:
2 ədəd yuxa
50 qram kərə yağı
150 qram kəsmik
1 dəstə cəfəri

Üzəri üçün;
1 yumurta
1 yemək qaşığı duru yağ

Hazırlanması:
Kərə yağını tavada əridin. Sonra bir kənara alıb, dərin bir qabın içərisinə içliyi hazırlamaq üçün cəfəriləri incə incə doğrayın.

Kəsmiyi də əlavə etdikdən sonra içliyi kənara alın.

Yuxanı 4 hissəyə bölün və 8 bərabər hissə olacaq şəkildə nizamlayın.

Nəfis rüzgar gülü börəyi resepti

Yuxaları yayın. Üzərinə əridilmiş kərə yağı sürtün və tam ortasından tutaraq eyni istiqamətə doğru əlinizlə fırladın, ortada qalan boşluğa hazırladığınız içlikdən qoyun və kənarlarda qalan yuxanı, içliyin üstünə doğru bağlayın. Tərs çevirib, yağlı kağız sərdiyiniz bir soba sinisinə alın.



Bütün yuxalara eyni işi etdikdən sonra çalınmış yumurtanı börəklərin üstünə sürün.

180 dərəcə sobada 25 dəqiqə qızarana qədər bişirib xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri