5 dəqiqədə hazırlanan asan gözləmə resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 4 337
Səs ver:
(səs: 1)
Tərkibi:
5 ədəd lavaş
1 kasa ağ pendir
1/3 dəstə cəfəri
3-4 budaq təzə soğan
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1 şirin qaşığı pul bibər
1 ədəd yumurta
Yarım çay stəkanı süd
1 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı kərə yağı

Hazırlanması:
Bir kasanın içərisində pendiri əzin və sonra doğranmış təzə soğanları əlavə edərək ədviyyatlarla birlikdə qarışdırın.

Daha sonra ayrı bir kasanın içərisində sousu hazırlayın. Yumurta, yağ və südü çalın.

Bir dəzgaha lavaşı alın hər yerinə sous tökün. Lavaş sizə yaxın hissəsinə pendirli xərcdən sərin və ortasına qədər yayın.

Lavaş çörəyinin digər tərəfini pendirli xərcin üstünə bağlayın. Digər lavaşları da bu şəkildə hazırlayın.

Yanmaz və yapışmaz tavanı qızdırın. Hazırlanan gözləmələri alt üst bişirin.

Qızaranda boşqaba alıb üstünə kərə yağı sürtüb xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri