Evdə toyuq dönəri resepti

Şərhlər: 6
Baxılıb: 2 924
Səs ver:
(səs: 0)
Qadinla.com ev şəraitində toyuq dönəri hazırlamağın mükəmməl reseptini təqdim edir.

Tərkibi:
- 600 qram toyuq sinəsi
- 1 ədəd kiçik boy baş soğan
- 3 yemək qaşığı zeytun yağı
- 1/2 Çay qaşığı bibər pastası
- 1 yemək qaşığı yoğurt
- 1/2 çay qaşığı duz
- 1/2 çay qaşığı  istiot
- 1/4 çay qaşığı adi cirə
- 1/4 çay qaşığı keşniş (zövqə görə)
- 1 çay qaşığı kəklikotu
- 1 çay qaşığı xardal (zövqə görə)

Hazırlanması:
Toyuq filesi uzun, incə-incə kəsilir. Soğanı rəndələdikdən sonra suyunu süzüb, bir qabda saxlayın. Əldə edilən suyu zeytun yağı, bibər tomatı, yoğurt, duz, istiot, adi cirə, keşniş və xardala qarışdırın. Daha sonra toyuğun döş ətini  hazırladığınız qarışığa bulayın. Streçin üzərinə toyuğun döş ətini lay-lay düzün. Daha sonra ətə hava getməyəcək şəkildə streçə büküb, soyuducunun buzxanasına qoyun. İki saatdan sonra çıxardın. Bu müddətdə ədviyyatlarla hazırladığınız qarışıq tamamilə ətə hopmuş olacaq. Donmuş ət rulonunu incə-incə dilimləyin. Dönər parçalarını əvvəlcədən qızdırılmış, dibi yanmayan, yapışmayan tavada yüksək xodda qarışdıra-qarışdıra qızardın. Daha ləzzətli olması üçün az miqdarda quyruq yağı əlavə edin. Yağı hopdursun deyə boşqabdan əvvəl kağızın üzərinə çəkin. 

Hazır olan toyuq dönərini zövqünüzə görə göyərtilərlə bəzəyib süfərəyə təqdim edə bilərsiniz. Yanında kartof qızartması da olsa, yaxşı olar. 

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri