Badımcanlı risotto resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 746
Səs ver:
(səs: 0)
Tərkibi:
2-3 yemək qaşığı zeytun yağı
200 qram Arborio düyüsü
1 ədəd baş soğan
2 diş sarımsaq
2-3 yemək qaşığı alma sirkəsi
1-1,5 litr toyuq suyu
2 ədəd bostan badımcanı
2 yemək qaşığı kərə yağı
Yarım su stəkanı toz parmezan
Duz
İstiot

Hazırlanması:
Badımcanları közləyin. Qabığını soyub doğrayın və bir kənara alın.

Soğan və sarımsaqları incə doğrayın.

Toyuq suyunu qızdırın.

Qazanda qızdırdığınız zeytun yağına soğanları əlavə edin və yumşalana qədər soteleyin.

Soğanlar yumşalanda sarımsaqları da əlavə edib bir-iki dəfə çevirin.

Sonra düyüləri əlavə edib 2-3 dəqiqə qədər qovurun.

Düyülərin üzərinə alma sirkəsini əlavə edib tamamilə buharlaşana qədər gözləyin.

Doğradığınız badımcanları, duzu və istiotu əlavə edib hamısını diqqətlə qarışdırın.

1 qaşıq toyuq suyunu üzərinə əlavə edin. Düyülər suyu tamamilə çəkənə qədər bişirin.

Eyni hərəkəti təkrar edin. Düyülər istədiyiniz yumşaqlığa gələnə qədər bu prosesi davam etdirin.

Ən son səfərdə risottonuz bir az sulu qalmalıdır, plov kimi olmamalıdır.

Qazanı ocaqdan götürüb içinə toz parmesanı əlavə edin.

arışdırıb 10 dəqiqə qədər istirahət etdirdikdən sonra qızarmış badımcan kəsikləri ilə bəzəyərək xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri