Şahların yeməyi dombalan - Ən bahalı göbələkdən resepti

Şərhlər: 4
Baxılıb: 3 645
Səs ver:
(səs: 0)
Avropada trüfel kimi tanınan ən bahalı göbələk növü, bizdə isə onun bir növü olan dombalan mövsümü gəldi. Bir vaxtlar şahların, kralların, şahların yediyi, elə indi oliqarx və zəngin insanların bahalı restoranlarda sifariş edib, bəh-bəhlə yediyi, dadı olmasa da, faydası çox dombalan Azərbaycan torpağında da yetişir. 

Mövsümündən asılı olaraq bazarlarda 20-30-50 manata satılan dombalanın dadını  çox az adam bilir. Daha çox Gəncə, Goranboy, Naxçıvan bölgələrində yetişən dombalan göbələyi immun sistemini yaxşılaşdırır, xərçəngdən qoruyur, orqanizmi cavanlaşdırır, sinir sisteminə müsbət təsir edir. 

Özünəməxsus dadı olan göbələkdən resepti  təqdim edirik:

Tərkibi: 
• 2-3 ədəd dombalan göbələyi
• 1 ədəd quru soğan 
• 2 qaşıq kərə yağı
• 2-3 ədəd yumurta 
• duz, istiot 
• Zövqə görə keşniş, şüyüd.

Hazırlanması:
Əvvəlcə baş soğanı doğrayıb qızardırıq. Göbələyin qabığnı soyub nazik-nazik doğrayıb, soğanın üzərinə əlavə edirik. Göbələyi yumşalana qədər qovurur, sonra yumurta və göyərti əlavə olunur. Sonda duz –i stiot səpirik.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri