Çuğundur kotleti resepti

Şərhlər: 9
Baxılıb: 2 474
Səs ver:
(səs: 0)
Ucuz, faydalı çuğundurdan nə bişirəcəyinizi bilmirsizsə, kotlet hazırlayın.

Çox asan, qırmızı kotletlərin reseptini təqdim edirik:

Tərkibi:
Çuğundur – 500 qr
Süd - 100 ml
Mannı - 50 qr
Suxarı – getdiyi qədər
Duz

Hazırlanması:
Çuğundur suda bişirilir. İsti sudan çıxaran kimi dərhal soyuq suya salınır. Soyuqduqdan sonra irigözlü sürtgəcdən keçirilir.  Bura süd əlavə olunub, odun üzərinə qoyulur.  Qarışdıra-qarışdıra mannı səpilir ki, düyünlənməsin. Bərabər kütlə alınana qədər hazırlayıb, oddan götürülüb soyudulur. 

Bu kütlədən kotlet formaları düzəldib, suxarı səpilmiş qabda fırladıb, suxarıya batırırsız. Kotletləri 20 dəqiqə soyuducuda saxlayırsız.

Tavada bitki yağında ikitərəfli 1-3 dəqiqə qızardırsız.

Süfrəyə xama ilə verilir.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri