Çevirmə plov resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 392
Səs ver:
(səs: 0)
Tərkibi:
2 su stəkanı düyü
2 ədəd badımcan
2 ədəd çarlston istiot
5-6 kiçik boy toyuq budu
Duz
İstiot
Düyülərin üzərini çox az keçəcək qədər budun qaynadılmış suyu

Hazırlanması:
Badımcanları alabəzək bir şəkildə soyaraq acısı çıxsın deyə suyun içərisinə qoyun. Bu zaman toyuqların dərisini çıxararaq, bol suyun içərisində pörtün.

Əvvəla üzərinə əlavə olunan tərəvəzləri hazırlayaraq işə başlaya bilərsiz. Bibərləri sote şəkildə doğrayın. Az yağın içərisində yüngül rəngi dönənə qədər qarışdırın. Sonra badımcanları silib yağın içərisində qızardın.

Pörtən toyuqların suyunu süzüb, az yağda qızardın.

Toyuqlar qızaranda üzərinə qızardılan badımcanlar ilə istiotlar düzür və qaşıq ilə üzərilərinə yatırılır.

Ən üst hissəyə düyü gələcək şəkildə düzdükdən sonra qaşıqla əzin. Düyünün üzərinə toyuğun qaynar olan şirəsindən üzərini çox az keçəcək qədər əlavə edin.

Ən son duz və istiotu əlavə edərək qaynamağa buraxın. Sonra zəif odda bişirdikdən sonra ocaqdan götürün.

Plov qazanını xidmət qabının üzərinə tərs çevirərək xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 392
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri