Yumurtalı pomidor dolması resepti

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 2 463
Səs ver:
(səs: 0)
Tərkibi:
- 4 ədəd pomidor
- 4 ədəd yumurta
- 1 stəkan holland pendiri rəndəsi
- 1 stəkan pomidor pürəsi
- 1/2 stəkan isti su
- 2 yemək qaşığı duru yağ
- 1/2 çay qaşığı duz
- istiot

Hazırlanması:
1. Yuduğunuz pomidorları saplaq hissəsindən qapaq şəklində kəsin.

2. Orta hissəsini bir qaşıq vasitəsilə çıxarın. Duz və istiot ilə dadlandırın.

3. Dolmanın sousu üçün, yağı bir tavada qızdırın. Pomidor pürəsini əlavə edin və 2-3 dəqiqə bişirin. İsti suyu əlavə etdikdən sonra sousu 2 dəqiqə qaynadın.

4. Orta hissələrini bolşaltdığınız pomidorların içərisinə holland pendiri rəndəsini əlavə edin.

5. Soba qabına yerləşdirdiyiniz pomidorların hər birinin içərisinə 1 ədəd yumurta qırın. Üzərinə duz və istiot əlavə edin.

6. Pomidorlu sousu da əlavə etdiyiniz yumurtalı pomidor dolmalarını əvvəlcədən qızdırılmış sobada 200 dərəcə temperatur ilə 10 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri