Tərkibi: 600 qr. Kartof 2 ədəd lavaş 1 ədəd soğan 250 qr. Göbələk 1 diş sarımsaq Duru yağ İstiot, duz
Hazırlanması: Qabığı soyulmuş kartof, qaynadılır, suyuna duz əlavə edilir.Bişdikdən sonra suyu süzülür, püre halına gətirilir.Tavaya duru yağ əlavə edilir, kub-kub soğan əlavə olunur.Soğan qızarmağa başladıqda, kub-kub doğranmış göbələk əlavə edilir, qızardılır.Sonda üzərinə xırda-xırda doğranmış sarımsaq, zövqə görə duz,istiot əlavə edilir.Sarımsağın ətri çıxanadək, 1 dəqiqə daha qovrulur, ocağdan götürülür.Kartof püresinə əlavə edilir, qarışdırılır.1-ci Lavaşın üzərinə içliyin yarısı əlavə edilir, nazik şəkildə yayılır.Üzərinə 2-ci lavaş yerləşdirilir.Üzərinə qalan içlik əlavə olunur, hər tərəfli yayılır. Rulet kimi bükülür.2-3 sm qalınlığında dilimlənir.Qızğın yağda, yüksək atəşdə dilimlərin hər iki tərəfi qızardılır.