Yalançı badımcan jülyeni resepti

Şərhlər: 3
Baxılıb: 224
Səs ver:
(səs: 0)
Badımcandan nə hazırlayım deyirsinizsə, sizə toyuqsuz, göbələksiz, "yalançı jülyen” tövsiyyə edirik. 

Dadı-tamı əsl jülyendən fərqlənməyən bu yemək 25 dəqiqəyə hazır olur, uşaqdan –böyüyə hər kəs sevir, ağızda əriyir.

Qadinla.com əsl yay reseptini təqdim edir:

Tərkibi:
Badımcan – 3 ədəd
Soğan -1 ədəd
Un – 1 x.q
Bitki yağı – 50 ml
Xama – 5 x.q
Pendir – 80 qr
Duz-istiot

Hazırlanması:
Badımcanların qabığı zebra soyulur, kubik formasında doğranılır, duz səpib, acı suyu 20 dəq ərzində çıxarılır.

Bitki yağında qızardılır, qızarana yaxın xırda doğranmış soğan əlavə edilib birgə bişirilir.

Yumşalana yaxın bura un və azca su əlavə edib, qarışdırılır ki, yemək yanmasın. 5 dəqiqə bişirilir.

Duz, istiot səpilir, xama əlavə olunur, stəkanın dibində su əlavə edilib, 6 dəqiqə bişirilir.

O bişənə kimi pendiri irigözlü sürtgəcdən keçirib, jülyenin üzərinə səpir, yayır və tavanın qapağını bağlayaraq, pendir əriyənə kimi zəif odda saxlanılır.

Jülyen üçün qaba və ya kiçik dərin qablara tökülüb, bir qədər soyudulub, süfrəyə verilir.

Nuş olsun!

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BakılıQız
Sekildeki dadli gorunur
3 avqust 2019 00:28
3
hahahah Gül və güldür hahahah
Offline
_Tək_ İL_
Yoxlayacam.Çox sağol gözəl məlumatdı.
1 avqust 2019 13:52
2
Şirin
Offline
BARBI
Julyen cox sevirem.Dadli yemekdi.
1 avqust 2019 08:44
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri