Toyuqlu kartof yeməyi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 142
Səs ver:
(səs: 0)
Tərkibi:
250-300 q toyuq sinəsi
3 ədəd orta boy kartof
1 ədəd soğan
1 çay qaşığı dağ kəklikotu
1 şirin qaşığı duz
4 yemək qaşığı maye yağ
1 yemək qaşığı pomidor tomatı
1 şirin qaşığı acı bibər tomatı
3 su stəkanı qaynamış su

Hazırlanması:
Qazana quşbaşı doğranan toyuqları qoyuruq ilk yaxşıca odda suyunu salanadək sonra zəif odda suyunu çəkənə qədər bişiririk.
Duru yağı əlavə edib yarım ay şəklində doğranan soğanı da əlavə edirik 5 dəqiqə qovururuq.
Küp küp doğranan kartofları də əlavə edərək 5 dəqiqə qədər qovururuq.
Üzərinə pomidor və istiot tomatını əlavə edirik.
Bir iki çevirəndən duz və kəklikotunu atıb suyunu əlavə edib batıq atəşdə 20 ilə 25 dəqiqə arası bişiririk.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri