Bir qazanda hazırlanan balqabaqlı makaron resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 266
Səs ver:
(səs: 1)
Balqabağın mövsümü yaxınlaşır. Ona görə də sizlərlə asan hazırlanan balqabaqlı makaron reseptini paylaşmaq istəyirəm.

Tərkibi:
1,5 paket makaron (spiral və ya tez bişən digər formalarda),
1 baş soğan,
3 diş sarımsaq,
1 st. balqabaq pürəsi,
4 st. tərəvəz suyu (toyuq bulyonu da olar),
1/4 ç.q. duz,
1/4 ç.q. pul bibər,
1/8 ç.q. qara istiot,
1/8 ç.q. muskat (hind qozu) (ədviyyatların miqdarı zövqə görə dəyişə bilər),
2 y.q. kərə yağı,
1/2 paket krem pendir,
1-2 tutam cəfəri yarpağı.

Hazırlanması:
Böyük ölçülü qazana kərə yağı, krem pendir və cəfəridən başqa qalan ərzaqları (sarımsaq və soğanı sürtkəcdən keçirin) yerləşdirib 10 dəq bişirin. Sonra kərə yağı və krem pendiri əlavə edib yaxşı-yaxşı qarışdırın. Sonda cəfəri ilə servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri