Pendirli kartof zapekankası resepti

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 179
Səs ver:
(səs: 0)
Tərkibi:
Kartof - 1 kg
Kərə yağı - 70 q
Bərk pendir - 80 q
Kəklikotu - 0,5 ç.q.
Zövqə görə duz və istiot

Hazırlanması:
Sobanı 220 dərəcəyə qədər isidin. Formaya yağ çəkin. Pendiri sürtkəcdən keçirdin və quru kəklikotu ilə qarışdırın.
Kartofları təmizləyin, nazik-nazik doğrayın (xüsusi sürtkəc istifadə edə bilərsiniz). Əridilmiş kərə yağı əlavə edin, qarışdırın. Kartof və pendiri 3 hissəyə bölün, kartofun birinci hissəsini formaya tökün, üzərinə pendir tökün, duz və istiot əlavə edin, təkrar edin. 180 dərəcədə 1 saat bişirin. 5 dəqiqə soyudun, sonra boşqab üzərinə çevirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 179
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri