Tənbəl mantısı resepti

Müəllif: Marsell
Şərhlər: 3
Baxılıb: 2 403
Səs ver:
(səs: 1)
Tərkibi:
500 q un
130 q soyuq su
1,5 x.q. duz
1 kq sümüksüz qoyun əti
100 q quyruq
3 baş soğan
3 yerkökü
3 pomidor
1 ç.q. qara istiot
1 ç.q. zirə
2 x.q. bitki yağı

Hazırlanması:
Əti, quyruq ət maşınında çəkin.
Duz, istiot, döyülmüş zirə əlavə edib yoğurun, soyuducuda 20 dəqiqə saxlayın.
Un, su, duzdan bərk xəmir yoğurun. 2 yerə bölüb üzərinə qida plyonkası çəkin, 15 dəqiqə saxlayın.
Nazik yayın. Enli şəridlərə doğrayın. Şəridlərə bitki yağı çəkin. Hər şəridin üstünə iç yayın.
İkiyə qatlayıb kənarlarını (ağzını yox) bitişdirin.
Kənardan başlayaraq rulet kimi bükün, qıraqlarını yapışdırın.
Gül formasında mantı alınacaq. Hər mantının aşağısını bitki yağına batırın ki, bişən zaman yapışmasın, çıxarmaq asan olsun. Tərəvəzi xırda kub şəklində doğrayın, mantılların kənarlarına düzün.
Mantı qazanında 40-45 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri