Gül formasında börək resepti - FOTO RESEPT

Müəllif: Gülşən
Şərhlər: 16
Baxılıb: 8 047
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmir üçün:

2 yumurta
2 st yarım süd
1 x\q şəkər
2 x\q duru yağ
1 ç/q quru maya
yarım ç/q duz və sarıkök
apardığı qədər un.

İçlik üçün:
500q qiymə
1 soğan
Duz, istiot

Üzəri üçün
yumurtanın sarısı və çörək otu

Hazırlanması:
İlıq südə yağı,duzu,sarıkökü,yumurtanı,mayanı, şəkəri əlavə edib qarışdırın sonra yumşaq xəmir alınana qədər yoğurun. Xəmiri isti yerə acımağa qoyun. Yağlı tavada qiyməyə duz,istiot və xırda doğranmış soğanı əlavə edib qovurun.
Əti kənara soyumağa qoyun.
Xəmir mayalandıqdan sonra kündələrə bölün. Sonra yayılır xəmir və stəkanın ağzı ilə kəsilir. 4 stəkanın ağzı ilə kəsilmiş xəmiri sol kənarları azacıq bir- birinin üzərinə düşəcək şəkildə qoyun. Daha sonra qovrulmuş ətdən hər birinə 1 ç/q əlavə edin və sağ tərəfdən başlayıb bükün. Gül forması alınmalıdır . Xəmir bitənə qədər təkrar edin. Soba sinisinin içinə yan -yana düzün. Çalışın xəmir qalın olmasın. Çünki biz xəmiri bitirənə qədər şişir və bişdikdən sonra qalın alınır. Sini dolduqdan sonra üzərinə yumurtanın sarısını çəkib, çörək otu səpin. 200-250 dərəcədə bişirin.

Gül formasında börək resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 2)
Şərhlər: 16
Baxılıb: 8 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri