Kartof pizzası resepti

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 3 786
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd kartof
2 ədəd yumurta
2 y\q duru yağ
1 y/q kərə yağı
1 ədəd kiçik pomidor
1 ədəd yaşıl bibər
5-6 dilim sosiska
1 qəhvə fincanı sürtgəcdən keçirilmiş pendir
duz-istiot

Hazırlanması:
Kartofların qabıqlarını soyun və yarım santimetr daha incə halqa formasında doğrayın. Halqalar böyükdürsə, ortadan bölərək yarım ay forması verin.

Kərə yağı və duru yağı tavaya tökərək aşağı dərəcədə əridin. Üstünə kartofları əlavə edin.

Tavaya qapaq qoyaraqorta dərəcədə kartoflar yumşalana qədər qarışdıraraq bişirin.

Yumurtaları qabda yaxşıca çırpın və istədiyiniz ədviyyatları əlavə edin. Yumşalan kartofların üstünə yumurtanı əlavə edin.

Üstünə pendiri, dilimlədiyiniz sosiskanı, bibər və pomidoru səpin. Üstünə qapaq qoyub 2-3 dəqiqə bişirin.

Pizza tavadan ayrılan hala düşəndə servis qabında servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri