Ev şəraitində toyuq kolbasası resepti

Müəllif: my_angel
Şərhlər: 9
Baxılıb: 4 157
Səs ver:
(səs: 0)
Tərkibi:
1 bütöv toyuq
1 ədəd yerkökü
1 ədəd soğan
10 dənə yumru istiot
4 diş sarımsaq
10 qr jelatin
1 xörək qaşıq çuğundur şirəsi
duz, acı bibər tozu, istiot
dəfnə yarpağı

Hazırlanması:
İlk öncə bütöv toyuqu içi su dolu qazana yerləşdirin. Qazanı orta odda qaynamağa qoyun. Toyuğun bişməyinə 20-30 dəqiqə qalmış qabığı soyulmuş yerkökü, soğan, dənə istiot və və duzu bulyona töküb daha bir neçə dəqiqə qaynadın. Dəfnə yarpağını da əlavə edib yerkökü yumşalanadək bişirin. Bişən toyuğu bulyonundan ayırın. Soyuyan bişmiş toyuğu didərək sümüklərindən və dərisindən ayırın. Hazır süzülmüş bulyondan 120 ml götürüb üzərinə jelat töküb qarışdırın.

Çuğundur şirəsi üçün çuğunduru rəndələyib təmiz tənzif arasında sıxaraq şirəsini çıxarın. Bir qaba və ya blenderin qabına didilmiş toyuq əti, duz, istiot, acı bibər tozu, sarımsaq və çuğundur şirəsini də əlavə edib blenderlə yaxşıca qarışdırın. Hazır kütləni yuyulmuş təmiz “coca-cola” plastik şüşəyə hava qalmayacaq şəkildə doldurun. 12 saatlıq soyuducuya yerləşdirin. Ev şəraitində təbii kolbasanızı dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri