Tünbəki dolması resepti

Müəllif: my_angel
Şərhlər: 9
Baxılıb: 4 447
Səs ver:
(səs: 0)
Tərkibi:
500 qram mal əti

İçlik üçün:
yarım stəkan yumru düyü
150 qr şabalıd
2 ədəd soğan
1 dəstə şüyüd
1 xörək qaşığı nanə qurusu
duz, istiot, sarıkök
150 qr əridilmiş kərə yağı

Üzəri üçün:
Heyva

Hazırlanması:
İçliyi hazırlamaq üçün ilk öncə bişmiş şabalıdı xırda doğrayın. Bir qabda xırda doğranmış şabalıd, yuyulub süzülmüz yumru düyü, xırda doğranmış soğan, nanə qurusu , xırda doğranmış şüyüd, duz, istiot və əridilmiş kərə yağını töküb qarışdırın. Mal ətinin sümüksüz hissəsini nazik, uzun laylar şəkildə doğrayın və yuyub süzün. Langetləri taxtanın üstünə qoyub üzərinə streç salafan keçirib ət döyənlə döyəcləyin. Bu qaydayla bütün ətləri nazik şəkildə olanadək döyəcləyin. Döyülmüş langetlərə içlikdən qoyub rulet şəklində bükün. Bütün ətləri bu qaydayla içliklə doldurub bükün. Saxsı qaba və ya yastı qazana duru yağ töküb bükdüyünüz tünbəkiləri yan-yana düzün. Dolma kimi üst-üstə düzməməyə diqqət edin, çünki alt hissədəki tünbəkilər bişib üstdəkilər bişməyə bilər. Bunun üçün qazanın yastı olanını seçməlisiniz. Qazana düzdüyünüz tünbəkilərin üzərinə nazik doğranmış heyva dilimlərini düzün. Üzərinə boşqab yerləşdirib, ətlərin üstünə çıxana qədər qaynar su töküb qazanın və ya saxsı qabın qapağını örtün. Yeməyi vam odda qazanın qapağını açmadan 1,5 saat bişirin. Bişən yeməyi isti halda süfrəyə verin. Zövqə görə süfrəyə verdikdə üzərinə nar dənəsi və xırda doğranmış göyərti səpə bilərsiniz.

Nuş Olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri