Bildirçinli plov resepti

Müəllif: my_angel
Şərhlər: 8
Baxılıb: 726
Səs ver:
(səs: 1)
Tərkibi:
4 ədəd bildirçin
300 qr göbələk
150 qr bişmiş şabalıd
100 qr qoz ləpəsi
2 xörək qaşığı mayonez
1 ədəd soğan
duz, istiot
Qızartmaq üçün duru yağ

Plov üçün:
800 qr uzun düyü
200 qr əridilmiş kərə yağı
1 xörək qaşığı zərdəçal ( sarıkök və ya zəfəran da olar)
duz

Qazmaq üçün:
2 ədəd yumurta
6 xörək qaşığı bişmiş süzülmüş düyü

Hazırlanması:
İlk öncə bildirçinləri yaxşıca yuyub, içərisini təmizləyin. Duz, istiot səpib kənara qoyun.
Bu müddətdə içliyi hazırlayın. Soğanı xırda doğrayıb, yağda qızardın. Üzərinə kiçik ölçüdə doğranmış göbələk əlavə edib tavanın qapağını örtün. Suyu çəkilənədək bişirin. Kənarda təmizlənib, bişirilmiş şabalıdı da doğrayıb əlavə edin. Üzərinə xırda-xırda qoz doğrayıb, qarışdırın. Duz, istiot səpdikdən sonra içlik hazırdır.
İçliyi bildirçinlərin içərisinə doldurub soba qabına qoyun. Bildirçinlərin üzərinə mayonez yaxın. Üstünü folqa ilə örtüb əvvəlcədən 240 dərəcə bişirilmiş sobada 40 dəqiqə bişirin. Daha sonra folqanı götürüb 5 dəqiqə də bişirin.
Düyünü duz əlavə olunmuş ilıq suda isladın. Aşı hazırlayacağınız qazana su doldurub qaynamağa qoyun. Su yaxşıca qaynadıqda içərisinə duz və yuyulub süzülmüş düyünü əlavə edin. Düyü tam bişməmiş ocaqdan götürüb süzün. Süzdüyünüz düyüdən 5 xörək qaşığını 2 yumurta ilə qarışdırıb qazmaq formasında qazanın dibinə yayın. Üzərinə qalan düyünü, zərdəçalı və ərinmiş kərə yağını əlavə edib az odda dəmə qoyun. 1 saata plov hazırdır.
Bildirçinli plovu isti halda süfrəyə verin.
Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 726
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 40
Xəbər sayı: 0
pişik
Sevmədim. Plovu çoooox sevirəm Amma bildircin iylendim
4 yanvar 2021 23:26
8
Şərh sayı: 2054
Xəbər sayı: 0
♡iLK NUR♡
Maraqlı reseptdi bəyəndim.
Təşəkkürlər
3 yanvar 2021 19:39
7
⚘İlk Nur⚘
Şərh sayı: 1981
Xəbər sayı: 0
♡Tək Nur♡
Gözəl görnüşü var
3 yanvar 2021 18:52
6
Şərh sayı: 717
Xəbər sayı: 0
Sevinc
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
3 yanvar 2021 16:32
5
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----

Yer üzü kifayet deyil ki, onu iki hakim idarə etsin.
(Əmir Teymur)
Şərh sayı: 19
Xəbər sayı: 6904
Sweet Candy
Sevinc
Yaxından çəkilib deyə elə görünür.
3 yanvar 2021 16:13
4
Şərh sayı: 538
Xəbər sayı: 0
sevdiyim adam
Sevinc duz deyirsen balaca olur
3 yanvar 2021 16:04
3
Şərh sayı: 717
Xəbər sayı: 0
Sevinc
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
3 yanvar 2021 15:37
2
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----

Yer üzü kifayet deyil ki, onu iki hakim idarə etsin.
(Əmir Teymur)
Şərh sayı: 81387
Xəbər sayı: 30
BARBI
Qarışıq plovdu.Cox beyendim reseptdi
3 yanvar 2021 15:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri