Qiyməli kartof dolması resepti

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 2 442
Səs ver:
(səs: 0)
Tərkibi:
4 böyük kartof,
500 q qiymə,
1 soğan,
2 böyük pomidor,
1 kök,
1 qırmızı bibər,
3 sivri bibər,
1 dəstə kərəviz saplağı,
Duz,
8 ədəd bibər,

Sosu üçün:
3 böyük pomidor,
2 yemək qaşığı zeytun yağı,
1 şirniyyat qaşığı hazır bibər sosu,
Duz,
Istiot,
2 dəstə doğranmış reyhan,
1 şirniyyat qaşığı sirkə,

Hazırlanması:
Sos üçün pomidorları rəndələyin.
Zeytun yağını qızdırıb pomidorları qovurun.
Doğranmış reyhanı da əlavə edin.
1 stəkan isti su əlavə edin.
Qazanın qapağını örtərək pomidorların suyu yarıya qalana qədər bişirın.
Ocaqdan alın.
Duzu, sirkəni və ədviyyatları əlavə edib dadlandırın.
Kartofların qabığını soyub buxarda bişirin.
Qiməli qarışıq üçün soğanı soyub doğrayın və qiymə ilə birlikdə bir neçə dəqiqə qovurun.
Küp halında doğranmış kökü, bibəri və pomidoru əlavə edin.
Orta atəşdə suyunu azca çəkənə qədər qovurun.
Ən sonda isə incə doğranmış kereviz saplağını və duzunu əlavə edin.
Qazanın qapağını örtün.
Orta atəşdə suyunu çəkənə qədər bişirin.
Ocaqdan alın.
Kartof bişincə eninə ikiyə kəsin.
Içərisini azca oyaraq istiyə davamlı qaba yığın.
Içərisinə qiymə qarışığını doldurun.
Acı bibərləri üzərinə düzün.
Sosu qaba əlavə edin.
180 dərəcəyə qədər qızdırılmış fırında 15 dəqiqə bişirin.
Fırından alıb yeməyi isti halda servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri