Tərkibi: 1 ədəd badımcan 200 qr kəsmik 50 qr pendir 1 diş sarımsaq 1 budaq cəfəri bitki yağı 2 ç/q duz 1 ç/q istiot
Hazırlanması: Badımcanları yuyur, təmizləyir uzunsov şəkildə doğrayırıq. Üzərinə duz əlavə edib 10 dəqiqə gözləyirik. Daha sonra badımcanları yağlayırıq. Badımcanları qızardır və daha sonra yağı çəkilsin deyə salfetkanın üzrinə qoyuruq. Sarımsağı və cəfərini xırda şəkildə doğrayırıq. Üzərinə sürtkəcdən keçirilmiş kəsmiyi əlavə edirik. Hazırladığımız qarışığı badımcanın içərisinə qoyub bükürük. Və budur qəlyanaltımız hazırdır. Nuş olsun!