Düyü qutabı

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 7 404
Səs ver:
(səs: 4)

 

(Bu qutab Azərbaycanın qədim milli şirniyyatlarının bir növüdür)


Ərzaqlar:

Xəmir üçün:

6 st un

1-2 ədəd yumurta

1/3 ç.q sarıkök

1 x.q duz

1ç.q maya

2 st ilıq su (təqribən)

Yuxaları yaymaq üçün un

İç üçün:

1 st uzun düyü

1/3 st kişmiş (zövqə görə)

2 x.q şəkər tozu(zövqə görə)

Düyünü bişirərkən suyuna tökmək üçün:

1 ç.q duz


Qızartmaq üçün:

Bitki yağı ya da əridilmiş kərə yağı

Qeyd:Yuxarıda göstərilən xəmir reseptinə görə 14 ədəd yuxa alınır. Bu içliyə görə isə 7 ədəd yuxanı kəsib bükmək olur. İstəsəniz xəmirin reseptini yarı azalda ya da içliyi iki dəfəyə artıra bilərsiniz.


Hazırlanması:

İçliyi hazırlamaq üçün kişmişi təmizləyib yuyuruq

Düyünü təmizləyib yuyuruq.

Qaynayan suya duz töküb yuyulmuş düyünü töküb bişiririk. Düyünü adi plovlarda olan kimi bişiririk.

Düyünü süzürük. Üstünə soyuq qaynamış su tökürük. Onda düyü yapışmır.

Kişmişi düyünü və şəkər tozunu qarışdırırıq. İçliyimiz hazırdı.

Hazır yuxanı 8sm enində kəsirik.

Qutabı aşağıdakı şəkildəki kimi bükürük. (Şəkili yerdə çəkdiyimə baxmayaraq qutab əldə bülülür) Kəsdiyimiz lentin birini əlimizə alırıq.

Baş hissəbən fırladıb içəri döğru qatlayırıq.

İçinə 1 x.q dolu içlik qoyuruq

Bir dəfə qatlayırıq.

Ağız hissədəki yuxanı üç künc kəsirik.

Kəsilmiş yuxanın uc hissəsini içəri doğru qatlayıb soxuruq.

Qutab hazırdi

Bükülmüş qutablari qurumasın deyə qaba yığıb ağzını örtürük ya da sellofana yığıb soyuducuda saxlayırıq. Süfrəyə veriləndə tavada yağı qızdırıb hər iki üzünü qızardırıq.

Qeyd:Zövqə görə qutabların üstünə şəkər kirşanı ya da şəkər tozu səpə bilərsiniz.

Yuxaların yanlarından qalan hissələrdən xingal bişirə bilərsiniz.

(səs: 4)
Şərhlər: 2
Baxılıb: 7 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri