*Kotlet üçün qiymə alacaqsınızsa bir az yağlısını alın,kotletləriniz daha yumşaq olacaq.
*Kotlet bişirərkən istifadə edəcəyiniz boyat çörəyi əvvəl kiçik hissələrə bölün.Sonra da mətbəx robotu ilə doğrayın.Bu qarışımı istədiyiniz qədər soyuducuda saxlaya və ehtiyac olduqda istifadə edə bilərsiniz.
*Kotletdə istifadə edəcəyiniz boyat çörəyi ət suyu ilə islatsanız,kotlet daha ləzzətli olar.
*Kotlet üçün hazırladığınız qiyməyə bir az duru yağ əlavə etsəniz, kotletləriniz daha yumşaq olacaq.Bundan əlavə kotletin qiyməsinə 1yumurta sarısı və ya bir diş sarımsaq da əlavə edə bilərsiniz.
*Kotletlərinizin bərk olmasını istıyirsinizsə qiymənin içərisinə bir qədər sürtgəcdən keçirilmiş holland pendiri əlavə edin.
*Kotlet bişirəcəyiniz qiyməni qarışdırarkən əllərinizi bir qədər islatsanız əlləriniz daha asan təmizlənər.
*Kotletlərinizin daha ləzzətli olmasını istəyirsinizsə,qiymənin içərisinə xırda doğranmış göbələk əlavə edə bilərsiniz.
*Qoyun ətindən kotlet hazırlayarkən, içərisinə bir az dana əti əlavə edin.Kotletləriniz daha ləzzətli olacaq.