Pendirli bibər dolması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 939
Səs ver:
(səs: 3)
Qırmızı bibər içərisində olan vitamin və minerallar sayəsində daha sağlam bir dəriyə, dişlərə, diş ətlərinə, qan damarlarına sahib ola bilərik. Pendir və tikə çörəklə ləzzətlənən bu resepti bəyənəcəksiniz.

Tərkibi:
3 xörək qaşığı duru zeytunyağı
4 sousluq qırmızı bibər
100 qr mozzarella pendiri
50 qr təzə kaşar pendiri
50 qr pendir pendiri
100 qr qara zeytun
3 diş sarımsaq
4 dilim suxarı çörək
Duz
Təzə çəkilmiş qara bibər

Hazırlanışı:
Sousluq bibərləri yuyub qurulayın.
Sapları qalacaq şəkildə eninə ikiyə kəsib içini təmizləyin.
Mozzarella və kaşar pendirini rəndələyin.
Pendiri, içləri çıxarılmış qara zeytun, doğranmış sarımsaq və parçalara ayrılmış çörəkləri əlavə edib qarışdırın.
Təzə çəkilmiş qara bibər və lazım olsa duzla dadlandırın.
Hazırladığınız pendirli içliyi bibərlərin içinə paylaşdırın.
180 dərəcə sobada 20 dəqiqə bişirin.
Sobadan çıxardığınız bibərlərin üzərinə duru zeytunyağı gəzdirib təqdim edin.

Nuş olsun!

/Mənbə:Qadınlar.biz/


(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri