Talış mətbəxti: Soyutma kişmiş plov

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 635
Səs ver:
(səs: 0)

Tərkibi: 

Toyu-1 ədəd

Kişmiş-60 qram

Düyü-2 stakan

Duz, istiot

0,5 bulyom, sarıkök


Hazırlanma qaydası:

Əvvəl toyuğu parçalayıb qazana tökürük və üzərinə su əlavə edib toyuğu qaynamağa qoyuruq. Toyuq təmiz qaynayıb qurtardıqdan sonra onu sudan çıxardıb bir kənara qoyuruq, ədviyyatın hazırlayırıq. 2 çay qaşığı duza 1çay qaşığı istiot və yarım çay qaşığı sarıkök əlavə edib qatışdırırıq. Hazırladığımız ədviyyatı toyuğa vururuq, sonra qaynatdığımız toyuğun bulyonun bir çömçə götürüb toyuğun üstünə gəzdiririk və ağzın örtürük. Bu vaxta bir qazana su töküb pulov üçün qaynadırıq. Su qaynayanda içinə duz və düyü əlavə edirik. Düyü bişdikdən sonra duyunu süzürük. Bir qaba boşaldırıq və ona  sarıkök vurub qatışdırırıq. İstəsəniz sarıkök vurmayın, qazana tökəndə zəfaran səpin zövqə görə. Sarı kökü qatışdırdiqdan sonra plovun qazanına bulyom tokürük bir çömçə və düyünü üstünə sonra yarim çömçədə Bulyonu plovun üstündən gəzdiririk və ağzın örtüb dəmə qoyuruq. Bu arada kişmişi qovururuq. Mən bu dəfə sadəcə kişmiş etdim, əslində qaysı albuxara, kişmiş, xurma olur. Yenə kişmişi yuyub bir tavaya tökürük və ona az miqdarda yağ töküb qovururuq. Mən ləvəngi də etdim. Ləvəngini bilirsiniz. Adı ləvəngidir,  tavada bişirirəm. Artıq yeməyimiz hazırdır.

Nuş olsun...




(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri