Qiymə badımcan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 13 102
Səs ver:
(səs: 7)

 

Tərkibi:

Mal əti
5 badımcan
5 pamidor
5 bibər
1 acı bibər
1 orta boy soğan
Duz, istiot.
Hazırlanması:
Əvvəl əti bir qazana yuyub tökürük, üstünə də su əti qaynamağa qoyuruq. Sonra badımcanları yuyub ortasından kəsib duz vururuq, sonra o badimcanı deşirik. Badımcanları 10 dəqiqə saxladıqdan sonra acı suyun sıxıb yağda o üz, bu üz qızardırıq. Badımcanları qızartdıqdan sonra qaynamış əti sudan çıxardıb xırda -  xırda doğrayırıq. Əti doğradıqdan sonra tavaya tökürük üstünə də azca yağ əlavə edib  qazın üzərinə qoyuruq. 1-2 dəqdən sonra soğanı sürtkəcdən keçirdib ətin üstünə tökürübbir  balaça qovururuq. Bu arada pamidorun başını balaca kəsib için çıxardırıq, bibəri də eyni qayda ilə  edirik. Çıxartdıqımız pamidorun içini istəsək xırda doğrayar və ya sürtkəcdən keçirdərik.  ( mən sürtkəcdən keçirdim). Sürtkəcdən keçirtdiyimiz pamidor içinə duz vurub ətin üstünə tökürük. Biraz qovurduqdan sonra əti oddan götürürük. Və sonda badimcana pamidor, bibərin içinə əti qoyub bir qaba düzürük. Yeməyi bişməyə qoyanda qaynatdığımız ətin suyundan yeməyə töküb yeməyimizi vam xodda bişiririk. Artıq yeməyimiz hazırdir. Bu yeməyi süfrəyə istəsəniz plovla və ya çörəklə verə bilərsiz. Mən plovla verirəm.
Nuş olsun.
(səs: 7)
Şərhlər: 3
Baxılıb: 13 102
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri