Lobyalı və yumurtalı plov - RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 587
Səs ver:
(səs: 2)
Yeni dadları təcrübədən keçirməyi sevənlər üçün ləziz plov resepti 

Ərzaqlar: 
500 qr. təzə lobya 
350 qr. düyü 
1 soğan 
1 çay qaşığı kişmiş 
5 yumurta 
2 xörək qaşığı kərə yağı 
1 xörək qaşığı bitki yağı 
Bir qədər nazik doğranmış cəfəri 
3 stəkan su və ya toyuq suyu 
duz, istiot və zövqə görə sumax

Hazırlanması: 
Lobyanı yuyub təmizlədikdən sonra böyüklüyünə görə 2 və 3 yerə bölün. Az duzlu suda qanadıb bişirin. Yumurtaları ayrıca qaynadın. Qabıqlarını soyub 4-ə bölün. Tavaya hər iki yağı əlavə edib isidin, üzərinə doğranmış soğanları əlavə edin. Soğanlar öldükdən sonra yuyulmuş düyüləri əlavə edib şəffaflaşana qədər qarışdırın. Kişmişi də əlavən edib yenə qarışdırın. Son olaraq lobyanı, 3 stəkan su və ya toyuq suyunu töküb orta odda qaynamağa qoyun. Qaynadıqdan sonra kiçik odda düyülər bişinə qədər saxlayın. Sonra tavanın altını söndürün və yumurtaları əlavə edin. İncə doğranmış cəfərini də əlavə edib, servis edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri