Düyü kotleti

Müəllif: Wiyinka
Şərhlər: 2
Baxılıb: 6 996
Səs ver:
(səs: 3)
 
Tərkibi:
1-2 st. düyü
150 q pendir
1 yerkökü
1 banka balıq konservi (sardina)
1 soğan
2 yumurta
duz
istiot
bitki yağı
qoz və ya narın suxarı
 Hazırlanması: 
Soğan və yerkökünü bitki yağında qovurun.
Düyünü bişirib soyudun. Onu əvvəlcədən çoxlu yumaq, bişəndən sonra üstündən su axıtmaq lazım deyil - o bizə yumşaq və yapışqan halında lazımdır.  Balıq konservini çəngəllə əzin.Düyü, soğan-yerkökü qovurması, pendir, un və yumurtaları qarışdırın, duzlayıb-istiotlayın. Bu, qiymə olacaq. Qozu xırdalayın.
Qiymədən kotlet düzəldib qoza, əgər yoxdursa, narın suxarıya batırın. Kotletləri bitki yağında, ağzı örtülü tavada bişirin.

Nuş olsun! 
 
 
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 6 996
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri