Toyuq ləvəngisi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 11 425
Səs ver:
(səs: 6)

Lazım olan ərzaqlar:
1 ədəd orta ölçülü toyuq
100 qr qoz ləpəsi
60 qr baş soğan
30 qr yağ
50 qr qurudulmuş zoğal
50 qr kişmiş
5 qr qara çörəkotu
Duz, istiot

Hazırlanma qaydası:
Soğanı yağda qovurun. Üzərinə xırdalanmış qozu, doğranmış zoğalı (əvvəlcədən islatmaq lazımdı), yuyulmuş kişmişi, üyüdülmüş qara çörəkotunu əlavə edərək
farş hazırlayın. Sonra toyuğu təmizləyin. Toyuğu təmizlədikdən və duzladıqdan sonra içini farşla doldurun və sobada bişirin. Süfrəyə bütöv şəkildə verin.

Nuş olsun!




(səs: 6)
Şərhlər: 9
Baxılıb: 11 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri