Qabığı soyulmuş xırda (arpacıq) soğanları əlavə edib birlikdə qovurun. Xırda doğranmış qırmızı bibər və suyu əlavə edin. Vam odda 1 saat, ət suyunu çəkənə qədər bişirin. Sonda duz, istiot və kəklikotu əlavə edib qarışdırın. Soyudun.
Xəmir:
Ələnmiş unun ortasını çalalayın, qatıq, bitki yağı və duz əlavə edib yumşaq xəmir yoğurun. Üzərinə nəm dəsmal çəkib 15 dəqiqə saxlayın.
30x30 sm ölçüdə yayın. Yağlanmış odadavamlı şüşə siniyə dolmalıq fıstığı səpin. Xəmiri içinə yerləşdirin (kənarları sallansın).
Soyumuş içi bunun içinə qoyub xəmirin kənarlarını üzərinə örtün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızarıncayadək bişirin.
Sobadan çıxarıb bir qədər soyudun, sonra buluda tərs çevirin. Dilimləyin.