Xan çörəyi

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 4 546
Səs ver:
(səs: 1)
Ərzaqlar

500 qram dana əti
2 stəkan ət suyu
2 paket dolmalıq fıstıq
yarım dəstə cəfəri
1 ədəd soğan
1 ədəd yumurta
1 xörək qaşığı zeytun yağı
1 çimdik qara istiot
qatıq
lazım olacaq qədər un

Hazırlanması

Xəmiri hazırlamaq üçün unun üzərinə 1 yumurta qırılıb üzərinə 1 yemək qaşığı zeytun yağı tökülür və 1 çimdik duz atılıb yavaş-yavaş su tökərək xəmir qarışdırılır. 15 dəq istirahət edilir.
İçi üçün qıyma əti öz yağında suyu çəkilənə kimi qovrulur. 1 ədəd soğan və yarım dəstə cəfəri xırda-xırda doğranır. Suyu çəkilən qıymaya duru yağ tökülr və soğanlar da əlavə edilir. Soğanlar diriliyini itirdikdə dolmalıq fıstıqlar əlavə olunur.Bir az çevrilib 1 çimdik istiot səpələdikdən sonra ocaqdan götürülür və soyumağa buraxılır.
İstirahət edən xəmir limon böyeklekdə hissələrə ayrılır və soba qabı böyüklükdə açılaraq yağda qızardılır. Qızarmış xəmirin üzərinə ət suyu tökülür və aralarına qıymalı içlik qoyularaq sobaya qoyulur. Çörək ət suyu və qıymalı içliklə birləşməsi üçün 180-200 dərəcəli sobaya qoyulur. Sobadan çıxdıqdan sonra isə üstünə qatıq və bəzək üçün isə cəfəri əlavə olunur.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri