Kütüm ləvəngi

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 5 629
Səs ver:
(səs: 1)
Lazım olan ərzaqlar:
İri kürülü kütüm
Qoz - 0,5 kq
Soğan - 3 ədəd
1 dəstə çöldə bitən zincilov
Duz, istiot, sumax, alça, ya göyəm turşusu

Hazırlanma qaydası:

Kütüm yuxarıdakı qaydada təmizlənib yuyulur.
İçərisinin dərin əti bıçaqla kəsilir ki, yaxşı duz, istiot götürsün.
Sonra yaxşıca istiotlanıb duzlanır, turşulanır.
Əvvəlcə ayrıca qoz, sonra soğan ətçəkən maşından kecirilir.
Çəkilmiş soğan tənzifdə sıxılaraq suyu çıxarılır, çəkilmiş qoza qatılır.
Kürünün də pərdəsi kürüdən ayrılır, xırda doğranmış zincilova qatılır.
(Zincilov özünə məxsus iyi və dadı olan otdur, çöldə bitir. )
Sonra bunlar bir-birinə qatılaraq yaxşıca qarışdırılır.
 Bu qarışığa duz, istiot, turşu da vurulur.
Kütüm tavaya arxası üstə qarnının kəsilmiş hissəsi aralanaraq qoyulur , sonra qulaqları və qarnı hazır ləvəngi ilə doldurulur.
Balıq 180 dərəcədə elektirik peçində bişirilir. Başqa yerlərdən fərqli olaraq bizdə balığın qarnı tikilmir.
Axır çərşənbədə Lənkəranda balığın başı yeyilməz. Bişən kimi balığın başı gövdəsindən ayrılır və çərşənbə xonçasına ağzına qızıl qoyaraq qoyurlar.
 
Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 629
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri