2 stəkan xırda doğranmış keşniş
1 stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış təzə soğan
5 ədəd yumurta
Bir çimdik duz, istiot
Dörtdə bir stəkan kərə yağı
Süfrəyə vermək üçün sarımsaq-qatıq
Hazırlanma Qaydası:
Göyərti, yumurta, duz-istiotu bir qabda qarışdırın.
Eni 25 sm olan dibi yapışmaz tavada yağı əridin. Qarışığı tavaya töküb yayın. Altı qızaranadək, 5-8 dəqiqə bişirin. Bıçaqla 4 (və ya istəyə görə 8 üçbucağa kəsin). Bunları çevirib o tərəfini qızardın. Gərəkirsə tavaya bir az da yağ əlavə edin.